Maraqlı

"Ağrıverici seks xofunu qırmaq isəyirəm" - 100 Qadın

13 Fevral 2018 21:56
0 Şərh     Baxış: 2 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir qadının on il ərzində düzgün diaqnozlaşdırılmayan seks zamanı keçirdiyi ağrılar bir pyes quruluşuna təkan verib - həmin pyes ümid verib ki, digər cinsi disfunksiyalı qadınlara kömək edilə bilər.

Təxminən bir il bundan əvvəl, aktrisa Emily Francis radioda onu gözyaşlarınadək kövrəltmiş bir əhvalat dinləyib.

"Kalistanın əhvalatı məni məyus etdi. Onun vaginasında olan problem onun həyatını məhv edib. O, əlaqədə olduğu insanla münasibətləri kəsib, depressiyaya məruz qalıb", - o, deyir.

San Francisco-da modelyer işləyən Callista BBC-nin 100 Qadın proqramına ağrıverici seksə qarşı necə çarə tapması barədə danışıb.

Callista-nın ilk dəfə 12 yaşında tampondan istifadə etmək cəhdləri vulvasında yandırıcı ağrı ilə müşayiət edilirdi.

Bundan sonra, illər ərzində o, oturduğu zaman və ya digər işləri görəndə ayaqları arasında yandırıcı ağrı hiss edib.

O deyir ki, vulvasına əli ilə toxunanda agrı elə kəskinləşib ki, sanki onu kəsib-doğrayıblar.

Emily FrancisEmily, Callista-nın əhvalatı əsasında pyes yazıb və həmin pyesdə rol da ifa edib.

Callista nəhayət ki problemi haqqında həkimlə 20 yaşlarında danışmağa cürət etdi.

Həkim ona baxıb dedi ki, hər şey qaydasındadır, və ağrının səbəbi psixoloji ola bilər.

Psixoterapevt də ona yeni sözləri deyib.

Təxminən 25 yaşı olanda Callista bir oğlana rast gəlir və ona vurulur.

"Mən arzuladığım kimi yaşayırdım, biz evlənmək barədə düşünürdük....lakin aramızda bir "əngəl" var idi, - Callista deyir. - Sekslə məşğul olmaq mənim üçün əzaba çevrilirdi. Mən ağrını hiss etməmək üçüm bədənim keyləşənədək içirdim. Səni sevən adamla birgə yaşayanda bu, dözülməzdir. O, bununla barışa bilmədi".

Nəticədə, Callista-nın sevgilisi ilə əlaqələri kəsildi.

"Bu, çox məyusedici idi. Ürəyim partlayırdı", - o xatırlayır.

Ağrı, sevgilisi ilə onun münasibətlərini dağıtmaqla yanaşı, Callista-nı depressiyaya da salıb, ona iş yerində də işini görməyə imkan vermirdi, valideynlərilə münasibətlərinə zərbə vururdu.

Psixoloq ona demişdi ki, ağrının səbəbi onun valideynlərinin dindar olması ilə əlaqəli ola bilər, odur ki, Callista ağrılarının günahını valideynlərində də görməyə başladı.

8 ildən sonra, 20 müxtəlif həkimə özünü göstərdikdən sonra Callista nəhayət bir mütəxəssisə rast gəlir. Həmin mütəxəssis ona deyir ki, onda anadangəlmə neyroproliferativ vulvodiniya patologiyası var.

Yəni Callista-nın vulvasına açılan sinirlərin sayı orta statistik qadının vulvasındakı sinirlərin sayını 30 dəfə üstələyir, bunu isə cərrahiyə yolu körrektə etmək mümükün idi.

Callista əməliyyat olundu.

Londonda Callistanın əhvalatını dinləyən Emily bu əhvalatdan elə məyus olmuşdu ki, Callistanı tapmaq qərarına gəldi.

Image to promote the play The Internet was made for adultsEmilinin yazdığı pyes əsasında tamaşa hazırda Londondakı teatrlardan birində göstərilir.

Növbəti bir neçə ay ərzində Emily və Callista Atlantika üzərindən xeyli söhbət etdilər.

Emily hiss edirdi ki, bu patologiya haqqında daha geniş məlumat əldə etməlidir.

O, aşkar etdi ki, Callista-nın yaşadığı vulvodiniya problemi qadınlar arasında elə də nadir hadisə deyil.

Bəzi qadınlarda vulvaya toxunma və ya təzyiq etmə ağrı ilə müşayiət olunur - bu ağrı keçici və ya daimi ola bilər.

Araşdırmalara görə, ABŞ-da qadınların təxminən 16 faizi belə ağrını hiss edib.

"Xeyli sayda insanın seks əlaqəsinə ağrısız girə bilməməsi dəhşətlidir. Bunun bir səbəbi də qadınların bu barədə danışmaması və ya bununla barışmasıdır",- Emily deyib. - Hətta bizim pyesimizdə iştirak edən bəzi qadınlar belə, bu cür halı "normal" sayır. Belə qəbul olunub ki, ilk əlaqədə ağrının baş verməsi normal haldır".

The play in rehearsal

Callistanın əhvalatı əsasında Emily qadınlar, seks və internet mövzusunda bir pyes yazır.

"Kişi və qadının ağrısız, xoşbəxt seksual həyat keçirməyə haqqı var. Bu, insan yaşayışının əsasıdır", - Emily deyir.

Callista pyesin mətnini oxuyub və onun həyat əhvalatının bu pyesin əsasına qoyulduğundan məmnunluq hissi keçirib.

Lakin pyesə Callista-nın cərrahiyyə əməliyyatından keçəndən sonra etdikləri daxil olunmayıb.

Əməliyyatın gedişində, Callista-nın vaginasının girəcəyindəki dəri təbəqəsi kəsilib götürülüb, yerinə isə bədənin başqa yerlərindən götürülmüş sağlam dəri hüceyrələri əkilib. Müalicə kursu aylarla çəkib.

Nəhayət seks əlaqəsinə girməyə hazır olanda isə Callista problemlə üzləşib - o zaman onun partnyoru olmayıb.

Callista praqmatik yanaşmaya əl atıb: "Çox yaxşı bir dostuma zəng etdim və dedim ki, yanıma gəlsin, bu işi görək!"

Callista ömründə ilk dəfə idi ki, ağrı hiss etmədən seks əlaqəsinə girdi.

Callista WilsonCallista indiki həyatından həzz alır.

"Həmin anda inanılmaz dərəcədə özümü xoşbəxt hiss etdim", - Callista xatırlayır.

Sonra onun yeni adamla münasibətləri yarandı, onunla cinsi əlaqəyə girməyə başladı ("ləzzət idi, yeniyetmələr kimi harda gəldi cinsi əlaqəyə girirdik"), lakin axırda anladı ki, ikitərəfli münasibətlər təkcə seksdən ibarət deyil, bunun başqa problemləri də var.

Bu partnyorundan da Callista ayrıldı və indi, onun özünün dediyi kimi, seksin nə olduğunu dərk etməyə çalışır.

Callista-nı Londonda səhnələşdirilən pyes ilhamlandırıb və ona ümid etməyə əsas verir ki, onun yaşadığı iztirabları daha heç kim bir daha keçməli olmayacaq.

"Mən istəyirəm ki, hər bir gənc qız və qadın bilsin ki, bu, onun günahı deyil və bu o, tənha deyil", - Callista deyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.