Maraqlı

ABŞ kibermüdafiəyə 1 milyard dollardan çox pul ayırır

15 Fevral 2018 21:15
0 Şərh     Baxış: 217

ABŞ administrasiyası 2019-cu maliyyə ilində federal şəbəkələrin kibermüdafiəsinə 1 milyard dollardan çox pul ayrılmasını təklif edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ABŞ-da 2019-cu maliyyə ilin bu ilin oktyabrında başlayacaq.

Ağ Evin Konqresə göndərdiyi büdcə layihəsində federal şəbəkələrin müdafiəsi və bu sahədə zəifliklərin aradan qaldırılmasına 1 milyard dollara yaxın, kritik önəmə sahib infrastrukturun müdafiəsinə isə 319 milyon dollar ayrılması əksini tapıb.

Daxili Təhlükəsizlik Nazirliyinə isə ümumilikdə 47,5 milyard dollar ayrılacaq. Bu, 2018-ci ilin büdcəsindən 3,5 milyard dollar (7,8%) çoxdur.  

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.