Maraqlı

Xərçəng hüceyrələrini məhv edən nanorobotlar hazırlanıb - VİDEO

15 Fevral 2018 08:15
1 Şərh     Baxış: 1 411
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədxassəli şiş xəstəlikləri durmadan artır: hər il dünyada təxminən 6 milyon yeni belə hal qeydə alınır. Səbəblərdən biri post-sənaye ölkələrində yaşayan əhalinin yaşlanmasıdır. Belə ki, şişlər yaşı 50-ni ötmüş insanlarda  daha çox inkişaf edir. Bu halda onkoloji xəstəliklərdən əziyyət çəkən hər ikinci şəxsin yaşı 60-ı ötüb. Dünyada xərçəngdən dünyasını dəyişənlərin sayı ürək-damar və tənəffüs yolları xəstəliklərindən sonra üçüncü yeri tutur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-ın Arizona Universitetinin alimi Xao Yan tərəfindən öz həmkarları ilə birgə hazırlanmış nanorobotlar xərçəng hüceyrələrini məhv etmək qabiliyyətinə malikdirlər. Avtonom işləyən bu robotlar bəzi tip dərman preparatlarını şişlərin daxilinə yüksək dəqiqliklə çatdıra bilirlər.

Heyvanlar üzərində aparılmış sınaqlar seçilmiş metodun təhlükəsizliyini təsdiq edib. Onkoloji xəstəliklərdən əziyyət çəkən heyvanların orqanizminə nanorobotlar yeridildikdə nəticə müsbət olub: alimlər 8 gəmiricidən 3-nü  xilas edə biliblər. Digərlərində, həmçinin ömrün uzunluğu xeyli artıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xərçəng hüceyrələrini məhv edən nanorobotlar hazırlanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.