Maraqlı

Beyin fəaliyyətini imitasiya edən çip yaradılıb

15 Fevral 2018 08:41
0 Şərh     Baxış: 744

Kompüter yaxın gələcəkdə insanın baş-beyninin fəaliyyətini imitasiya edə biləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlərin fikrincə, insan beyninin fəaliyyətini imitasiya edən kompüter süni intellektin inkişafını gücləndirməyə kömək edəcək. ABŞ-ın Massaçusets ştatının mütəxəssisləri tərəfindən hazırlanan texnologiyanı belə kompüterin yaradılmasında növbəti addım hesab etmək mümkündür.

Məlumata görə, "Kik Riken" superkompüteri 1,74 milyard neyronun və 10,5 trilyon sinapsın aktivliyinin 1 saniyəsinin modelləşdirilməsi üçün 40 dəqiqə sərf edib ki, bu da insan beynində baş verən əməliyyatların yüzdə bir hissəsinə bərabərdir.

ABŞ mütəxəssisləri tərəfindən fəaliyyəti beyin hüceyrələrinin təsiri prinsipinə əsaslanan neyromorf çip təqdim olunub. Çipin germanium sinapslardan keçən elektrik cərəyanının gücü neyron birləşmələrində ionların axınına oxşar şəkildə tənzimlənir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.