Maraqlı

Dünyada ən populyar əməliyyat sistemi hansıdır?

15 Fevral 2018 07:51
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"StatCounter" servisinin məlumatına görə, "Windows 10" əməliyyat sistemi ilk dəfə "Windows 7" sistemindən daha populyar olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 2018-ci ilin yanvarında fərdi kompüterlərin (FK) 42,78%-i "Windows 10" sistemi ilə işləyib. Ötən ayla müqayisədə 1% irəliləyiş qeydə alınıb.

"Windows 7" platformasının bazar payı çox cüzi azalaraq 41,86% təşkil edib. Beləliklə, "Windows 10" sistemi ilk dəfə FK bazarında "Windows 7" sistemini ötməyə nail olub.

2017-ci ilin noyabrında "Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin 600 milyon qurğuya quraşdırılması ilə bağlı məlumat vermişdi. "Windows 10" sistemi 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim olunub. İlk gündə sözügedən əməliyyat sistemi 14 milyon qurğuya qurulub, 3 həftə sonra bu göstərici 53 milyon kompüterə bərabər olub. 2017-ci ilin mayında artıq 500 milyon FK "Windows 10" sistemi ilə işləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.