Maraqlı

Google təhlükəsizliyə 3 milyon dollar ödəyib

15 Fevral 2018 07:11
0 Şərh     Baxış: 206

Nəhəng texnoloji şirkətlər aşkar edilmiş boşluqlara görə təhlükəsizlik mütəxəssislərinin mükafatlandırılması proqramını dəstəkləyir. Ötən il "Google" korporasiyası təhlükəsizlik mütəxəssisləri və hakerlərə 2,9 milyon dollar ödəyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aşkar edilmiş boşluqlara görə mükafatlar onun tipindən və sərf edilmiş vaxtdan asılı olaraq 500 -100000 dollar təşkil edə bilər. "Google" şirkətində iki əsas proqram mövcuddur: "Vulnerability Research Grants Program" və "Patch Rewards Program".  2017-ci ildə birinci proqram çərçivəsində mütəxəssislərə 125 min, ikinci proqram çərçivəsində isə ümumilikdə 50 min dollar ödənilib.

Bu il "Android Security Rewards Program" çərçivəsində "Pixel" telefonunda aşkar edilmiş boşluğa görə 112500 dollar məbləğində rekord mükafat ödənilib.

"Google" boşluqların axtarışı üzrə proqrama malik yeganə şirkət deyil. Bütün texnologiya nəhəngləri, həmçinin "General Motors", "Airbnb" və "Mastercard" kimi şirkətlər belə təşəbbüsü dəstəkləyirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.