Maraqlı

“Facebook” gənc auditoriyasını itirir

13 Fevral 2018 22:25
0 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı yeniyetmələr "Facebook"dan gedir. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "eMarketer" analitik şirkətinin təhlilinə əsasən, gənclər populyar "Snapchat" və "Instagram" sosial şəbəkələrinə üstünlük verirlər.
 
"eMarketer" analitikləri bildirirlər ki, 2018-ci ildə 11 yaşına qədər olan "Facebook" istifadəçilərinin sayı 9,3 faiz azalacaq. Həmçinin 12 yaşdan 17 yaşına qədər və 18 yaşdan 24 yaşına qədər olan istifadəçilərin sayı müvafiq olaraq 5,6 və 5,8 faiz azalacaq. 
 
"eMarketer"in bütün müşahidələri dövrü ərzində mütəxəssislər ilk dəfədir planetin ən populyar sosial şəbəkəsi üçün belə bədbin proqnoz verirlər. 
 
Say nisbətində "Facebook" 24 yaşına qədər olan 2 milyona yaxın amerikalı istifadəçi itirəcək. Mütəxəssislərin proqnozuna görə, onların bir hissəsi - 1,6 milyon nəfəri "İnstagram"a gedəcək, qalan hissəsi isə "Snapchat"dan istifadə edəcəklər. 
 
Mütəxəssislərin sözlərinə görə, belə bir "emmiqrasiya"ya səbəb daha gənc sosial şəbəkələrin fəaliyyət göstərməsidir. Bundan başqa, gəncləri "Facebook"un formal qaydaları məhdudlaşdırır ki, bu qaydalara əsasən 13 yaşdan kiçik istifadəçilər profilə sahib ola bilməzlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.