Maraqlı

Rusiya ordusuna sosial şəbəkə qadağası

13 Fevral 2018 21:25
0 Şərh     Baxış: 480

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları "Odnoklassniki", "VKontakte", "Facebook" və digər sosial şəbəkələrdən istifadə edə bilməyəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbçiləri sosial şəbəkələrdən uzaq durmağa, hərbi xidmət, hərbi hissə barədə məlumatları bölüşməməyə və telefonlarında geolokasiyanı söndürməyə çağırıb. Bu, hələlik tövsiyə olsa da, nazirlik qanunvericiliyə müvafiq dəyişiklik hazırlayır.

Rusiya MN ötən ilin sonunda hərbi qulluqçular üçün internetdə davranış qaydaları hazırlayıb və hərbi hissələrə göndərib. Qaydalar yaddaş kitabçası və plakat şəklində hazırlanıb. Tövsiyələrdə bildirilir ki, xarici resursların administratorlarının orada yerləşdirilən şəxsi informasiyalara tam çıxış imkanı var, xarici xüsusi xidmət orqanları isə rusiyalı hərbçilərin paylaşımlarını analiz edir. Ona görə də, foto və videoların yerləşdirilməsi, eləcə də hərbçilərin yaxınlarının onların hərbi xidməti barədə informasiyalar yayması məqsədəuyğun deyil.

Problemlə əlaqədar "Hərbi mükəlləfiyyət və hərbi xidmət haqqında", eləcə də "Hərbi qulluqçuların statusu haqqında" qanunlara dəyişiklik ediləcək.    

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.