Maraqlı

Məşhur model nadir xəstəlikdən əziyyət çəkir

14 Fevral 2018 08:33
0 Şərh     Baxış: 1 308

Məşhur model Gigi Hadid nadir xəstəlikdən əziyyət çəkir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə model özü sosial media hesabında yazıb.

O, Nyu-York moda həftəsində podiuma çıxdıqdan sonra çox insanlar onu arıq olduğu üçün "anoreksiya" xəstəsi adlandırıb.

Lakin Hadid ilk dəfə "Haşimoto uru" (və ya autoimmun tireidit - qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir) xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən arıqladığını açıqlayıb. O, ilk dəfə 17 yaşında xəstəliyindən xəbər tutduğunu söyləyib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.