Maraqlı

Sevgilisi ilə görüşə getdiyi üçün anasının tədbirinə gəlmədi - FOTO

14 Fevral 2018 07:21
0 Şərh     Baxış: 1 157

Keçmiş futbolçu Devid Bekhemin britaniyalı dizayner xanımı Viktoriya Bekhemin Nyu-York moda həftəsində yaz-yay geyim kolleksiyası nümayiş olunub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecədə Viktoriyanı əri və uşaqları tək qoymayıb.

Lakin cütlüyün böyük oğlu Bruklin sevgilisi Xloe Moretzlə görüşdüyü üçün anasının tədbirində iştirak etməyib.

İkilinin Los-Ancelesdə dostları ilə parti təşkil etdiyi və Xloenin ad gününü qeyd etdiyi bildirilir.

Buna baxmayaraq, Bruklin anasını yeni döyməsi ilə təbrik edib. O, qoluna ürək və içərisində "Ana" yazılmış döyməsini İnstaqramda izləyiciləri ilə bölüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.