Maraqlı

"Siyah beyaz aşk"da güldürən xətalar - FOTO

14 Fevral 2018 06:30
1 Şərh     Baxış: 3 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk bölümdən gözlənilən nəticəni əldə etməyən "Siyah beyaz aşk" serialındakı xətalar izləyicilərin diqqətindən yayınmayıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işində Aslını canlandıran aktrisa Birce Akalayın həm Fərhada sarğı elədiyi, həm də telefonda danışdığı səhnədəki xəta tamaşaçıların gülüş hədəfinə çevrilib.

Belə ki, sarğı elədiyi vaxt telefon Bircenin sol qulağında olur, lakin bir sonrakı səhnədə sağ qulağında görünür.

Serialda daha bir səhv Aslının başına silah tutulan səhnədir. Əvvəlcə avtomobildə olan oturacaqlarda başlıq hissə olmasa da, silah tutulan vaxt başlıq hissələrin olduğu aydın görünür.

Ekran işinin bir səhnəsində isə kamera efirdə görünüb. 

Qeyd edək ki, "Siyah beyaz aşk"ın baş rol ifaçıları aktrisa Birce Akalayla aktyor İbrahim Çelikkoldur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.