Maraqlı

"Oxfam"da böyük qalmaqal: əxlaqsızlıq, villada "kef", yalanlar - VİDEO - FOTO

13 Fevral 2018 10:37
1 Şərh     Baxış: 5 428

Dünyanın ən böyük və məşhur xeyriyyə təşkilatlarından olan "Oxfam International"la bağlı qalmaqallar səngimək bilmir.

90 ölkədə fəaliyyət göstərən 17 təşkilatı birləşdirən bu qurumun maliyyələşdirilməsini Britaniya dayandıra bilər.

Milli.Az Guardian-a istinadən bildirir ki, bunu Britaniyanın beynəlxalq inkişaf məsələləri naziri Penni Mordont deyib.

Bəlli olub ki, "Oxfam"ın əməkdaşları 2006-cı ildə Çadda, 2010-cu ildə isə Haitidə fahişələri dəvət edərək Kaliqula orqiyalarına bənzəyən eyş-işrət gecələri təşkil ediblər.

Əxlaqsız qadınlar "Oxfam"ın əməkdaşları üçün kirayəyə götürülmüş villalara və malikanələrə çağırılıblar.

"Oxfam"ın rəhbəri Uimnni Byanyima bəyan edib ki, həmin əxlaqsız əyləncələrə pullar təşkilatın büdcəsindən xərclənməyib.

"O zamanlar baş verənlər indi yaşana bilməz. Gərəkli addımları atmışıq. Belə biabırçılıqların təkrarlanmaması üçün nəzarəti gücləndirmişik", - U.Byanyima söyləyib.

Onun sözlərinə görə, təşkilatın bütün maliyyə donorları, o cümlədən Britaniyanın hakimiyyət dairələri, BMT və Avropa Birliyi araşdırmadan xəbərdardır.

2010-cu ildə Haitidəki dəhşətli zəlzələdə 220 min nəfər həlak olmuş, 300 min nəfər yaralanmışdı.

"Oxfam"ın Haitinin paytaxtı Port-o-Prensdə kirayələdiyi villaya dəvət etdiyi fahişələrin əksəriyyətinin 18 yaşı tamam olmamışdı.

"Təşkilatın əməkdaşları evi, sanki, bordelə çevirmişdilər. Fahişələrin əynində "Oxfam" maykaları vardı. Kaliqula orqiyası ruhunda bir eyş-işrətdi. Ağlasığmaz, biabırçı bir olay idi", - mənbə deyib.

Qalmaqal yaranandan sonra "Oxfam"ın 3 əməkdaşı istefa verib, 4 nəfər işdən qovulub. "Könüllü" istefaya vadar edilənlərdən biri "Oxfam"ın Haitidəki missiyasının rəhbəri Roland van Hauvermayren idi.

"Oxfam"ın o dönəmdəki rəhbəri Barbara Stoks ona "könüllü istefa" təklif edib: "Əks təqdirdə sizi işdən qovmalı olacağıq və bu isə təşkilatımızın nüfuzuna ciddi zərbə vura bilər".

Roland van Hauvermayren 2006-cı ildə "Oxfam"ın Çaddakı missiyasına başçılıq edəndə də orada villasına fahişələri dəvət etmişdi.

O, 2014-2016-cı illərdə "Action Against Hunger" xeyriyyə təşkilatının Banqladeşdəki missiyasına rəhbərlik edib. Təşkilatın yaydığı açıqlamaya görə, Hauvermayren işə qəbul olunanda "Oxfam" Çaddakı və Haitidəki olaylar barədə heç bir məlumat verməyib.

Britaniyanın Oksford şəhərində 1942-ci ildə yaradılmış "Oxfam"ın illik büdcəsi 300 milyon funt-sterlinq təşkil edir. Təşkilat ötən il Britaniya hökumətindən təqribən 32 milyon funt alıb.

"Oxfam"ın Britaniya ofisinin direktor müavini Penni Lourens istefa verib.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Oxfam-da  böyük qalmaqal

Oxfam-da böyük qalmaqal -1

Oxfam-da böyük qalmaqal - 2

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ceyhun · 13 Fevral 10:3910

    O cür təşkilatlar əslində insan,orqan alveri ilə məşğul olurlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.