Maraqlı

Qışqıran mumiyanın sirri açıldı - FOTO

13 Fevral 2018 11:35
7 Şərh     Baxış: 4 468

Əsrlər sonra "qışqıran musiya"nın sirri açılıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, fransız arxeoloq Qaston Maspero Misirin paytaxtı Qahirədən 500 km cənubda aparılan arxeoloji qazıntılar zamanı bu mumiyanı aşkarlamışdı.

"E insanı" adlandırılan mumiyanın yanında firon ailəsinin mənsublarının qalıqları vardı. Digər mumiyalardan fərqli olaraq, "Qışqıran mumiya"nın üzərində heç bir bəzək əşyası yoxdu. Onun pozası alimləri maraqlandırıb, çünki "E adamı" sanki mumiyalaşdırılarkən ağrı və əzablardan qışqırırdı.

Lonq-Aylenddəki Nyu-York Universitetinin profesoru, doktor Bob Brierin dediyinə görə, "E adamı"na və ya "Qışqıran adam"a eyni vaxtda iki insan təsir edib: "Həmin insanlardan biri onu öldürməyə, digəri isə xilas etməyə çalışıb".

Misir Ali Əntiq Tarix Şurasının rəhbəri Zahi Həvass isə söyləyib ki, "Qışqıran mumiya", çox yəqin, ailəsini rüsvay etmiş şahzadədir: "Məhz bu səbəbdən onu əlahiddə sərdabədə dəfn edib üzərində ehram tikməyiblər, firon ailəsinin adi üzvlərinin yanında mumiyalaşdırıblar. Bu zaman onu başqalarından fərqləndirmək üçün qoyun dərisinə büküblər. Misirlilər əmin idilər ki, belə basdırılan adamın "o dünyadada həyatı olmayacaq".

Alimlərin fikrincə, "Qışqıran mumiya" firon 3-cü Ramzesin oğlu şahzadə Penteverdir. Atasını qətlə yetirməkdə suçlanan şahzadə zəhərlənərək əzabla öləndən sonra qoyun dərisinə bükülərək dəfn olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Haqq · 13 Fevral 11:5731

    İrağ olsun bu nə idi belə

    Cavab yaz
  • Anonim
    QQ · 13 Fevral 12:1893

    Qədim insanlar ,Misirlilər insanı milyon illərlə çurüməyə qoymayan vasitəlır tapıb icad edirdilır ,İndiki zamanda sivilizasiyanın bu qədər inkişaf etdiyi bir vaxtda ,adi bir xərçəng xəstəliyinə əkac tapa bulmirlər .İnsanlar qarışqa kimi qlrılır .

    Cavab yaz
    • Anonim
      ..... · 13 Fevral 14:1103

      Vallah çox Düz qeyd etmisiniz.....

      Cavab yaz
      • Anonim
        DiNOZAVR · 13 Fevral 15:4180

        Heç düz qeyd etmeyib!!! Xerçengin müalicesi qesden gizledilir. Kanserogen qidalar qesden icad olunur. Siz ne bilirsiniz ki?!!..

        Cavab yaz
        • Anonim
          IQ · 13 Fevral 16:3820

          Dinozavr 15:41tamamiylə doğrudur.Dünyada hər il xərçəng müalicəsindən 200 milyarddan çox pul qazanırlar.Bu müalicəni qəsdən bəşəriyyətdən gizlədirlər.

          Cavab yaz
          • Anonim
            DiNOZAVR · 13 Fevral 19:3800

            Teşekkür edirem.Elbette eledir. Bu cür fırıldaqçılıq hele çox davam edecek...

            Cavab yaz
  • Anonim
    IMF · 13 Fevral 15:4400

    Fondaki shekilde sanki ezab verilir.Hemin meqami mumiyalayiblar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.