Maraqlı

Kamal Sunalın qızı ərə getdi

12 Fevral 2018 11:24
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şaban" təxəllüsü ilə tanınan aktyor Kamal Sunalın qızı Ezo musiqiçi sevgilisi Ömər Öztüyenə ərə gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, otellərin birində təşkil edilən gecədə 50 nəfər iştirak edib. Ezo çəkiliş aparılmasına icazə verməyib. Nikah zalına qardaşı Ali Sunalın qoluna girərək gələn Ezo qonaqlara təşəkkürünü bildirib. O, şəkillərinin çəkilməsini istəmədiyini, eləcə də sosial şəbəkədə yayılmasını arzulamadığını söyləyib.

Qeyd edək ki, Ezo ilə Ömər 3 ildir münasibətdədirlər. Onlar 2015-ci ildə birlikdə kitab yazmış və tanışlıqları da elə oradan başlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.