Maraqlı

Futbol tarixinin ən böyük təyyarə qəzaları - FOTO

12 Fevral 2018 10:20
2 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Braziliyanın Chapecoense futbol klubunun üzvlərinin də içərisində olduğu təyyarə Kolumbiyada qəzaya uğrayıb.

Təyyarədəki 81 nəfərdən 76-sı həlak olub, beş nəfərsə sağ qalıb. Sağ qalanlardan ən azı ikisi Chapecoense-də forma geyinir.

Bu faciə futbol klublarının başına gəlmiş yeganə təyyarə qəzası deyil.

Futbol klublarının başına gələn ölümcül təyyarə qəzaları ilə tanış olun:

4 may 1949 - Dörd dəfə İtaliyanın A Seriyasında çempion olmuş Torino futbol klubu düşdüyü təyyarə qəzasında 22 nəfəri itirir. Onlardan 18 nəfəri klubun futbolçuları idi.

Torino klubu təyyarə qəzasında 22 üzvünü itirib

6 fevral 1958 - İngiltərə futbol klubu Manchester United-in Münhendə uğradığı təyyarə qəzasında səkkiz futbolçu həlak olub. Baş məşqçi Matt Busby-yə ithafən "Busby-nin körpələri" kimi tanınan gənc klubdan gözləntilər böyük idi.

3 aprel 1961 - Çili birinci liqa klubu Green Cross-u daşıyan təyyarənin Las Lastimas Dağlarına çırpılması nəticəsində səkkiz futbolçu və texniki heyyətdən də iki nəfər olmaqla ümumilikdə 10 nəfər ölüb.

Manchester United azarkeşləri faciənin 55-ci ildönümündə "Heç vaxt ölməyəcəyik" şüarı açıblar

26 sentyabr 1969 - "The Strongest" adlı Boliviya futbol klubunu daşıyan təyyarə Viloco-da qəzaya uğrayır. Qəzada 16 futbolçu və iki texniki işçi ilə yanaşı məşqçi Eustaquio Ortuno da ölüb.

6 dekabr 1987 - Peru birinci liqa klubu Alianza Lima-nın paytaxt Limada keçirdiyi qəzada həlak olanlar arasında baş məşqçi Marcos Calderon və 16 futbolçu da var idi.

28 aprel 1993 - Zambiya milli futbol komandası Qabonun Libreville şəhərində keçirdiyi təyyarə qəzasında 18 futbolçu və rəhbər heyətin beş üzvünü itirib.

Zambiya milli komandasını daşıyan təyyarə dənizə düşüb

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.