Maraqlı

Məşhur teleaparıcı oğurlanmış modelə vurulub - FOTO

12 Fevral 2018 11:51
0 Şərh     Baxış: 2 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur britaniyalı komik, aktyor, yazıçı, teleaparıcı Devid Uollyams 20 yaşlı model Xloya Aylinlə görüşür.

Milli.Az The Sun-a istinadən bildirir ki, 46 yaşlı D.Uollyamsla model X.Aylin münasibətlərini gizlətməyə çalışırlar.

Komik modelin fotolarını İnstagram-da görəndən sonra ona vurulub.

X.Aylini İtaliyada qanqsterlər oğurlamış və girov saxlamışdılar. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində model azad olunmuşdu.

Modeli Milan şəhərində iki polyak qardaşlar - 36 yaşlı Mixal və 30 yaşlı Lukaş Qerbalar oğurlamışdılar.

D.Uollyams 34 yaşlımodel Lara Stounla evli olub. Onlar 2015-ci ildə boşanıblar. Bu nikahda 4 yaşlı Alfred doğulub.

Xloya Aylin isə 2 yaşlı oğlu Eştonun atası, 21 yaşlı MMA döyüşçüsü Konor Keyslə münasibətlərinə son qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.