Maraqlı

“Samsung”dan iranlı və şimali koreyalı idmançılara ilginc QADAĞA

13 Fevral 2018 08:59
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018 Qış Olimpiya Oyunlarında iştirak edək bütün idmançılara ağıllı telefon hədiyə edəcəyini açıqlayan Cənubi Koreya şirkəti "Samsung", İran və Şimali Koreyadan olan idmançılara bunu şamil etməyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Samsung" şirkəti buna səbəb olaraq ABŞ-ın İran və Şimali Koreyaya sanksiya tətbiq etməsini göstərib.

Şirkət, İran və Şimali Koreyadan olan idmançılara telefon verməyəcəyini açıqlayınca bu Tehranın etirazına səbəb olub.

İranın rəsmi xəbər agentliyi IRNA Cənubi Koreya şirkətinin qərarını "əxlaqdan kənar" adlandırıb. İranın xarici işlər naziri Cavad Zərif də cənubi koreyalı rəsmilərə etiraz edib və oyunları boykot edəcəklərini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.