Maraqlı

Hindistan hökuməti “Google”u cərimələdi

13 Fevral 2018 08:51
0 Şərh     Baxış: 1 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın rəqabət üzrə Komissiyası (CCİ) ABŞ-ın "Google" şirkətini 1,36 rupi (21 milyon dollar) məbləğində cərimələyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb şirkətin ümumi online axtarış və reklam xidmətlərinin axtarışı seqmentində dominant mövqeyindən sui-istifadə etməsidir. "Müəyyən olunub ki, "Google" axtarışın təhrif olunması praktikasını tətbiq edib, bu isə həm rəqiblərə, həm də istifadəçilərə zərər vurur", - deyə komissiyanın açıqlamasında bildirilir. 

Məlum olub ki, "Google" Hindistanda axtarış sorğularını öz xidmətlərinə yönləndirirmiş.

Xatırladaq ki, ötən il Avropa İttifaqı eyni səbəblə "Google"u 2,42 milyard avro məbləğində cərimələyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.