Maraqlı

Bu şirkət yararsız noutbuklarını geri çağırır

13 Fevral 2018 08:41
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Lenovo" kompüter istehsalçısı beşinci nəsil "ThinkPad X1 Carbon" noutbuklarını geri çağırır. Bu noutbuklar alışma riskinə görə təhlükə törədirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, leptopun batareyası müvafiq şəkildə bərkidilməmiş vint səbəbindən zədələnə bilər. Bu isə akkumulyatorun çox qızmasına səbəb ola bilər.

2016-cı ilin dekabrından 2017-ci ilin oktyabrınadək buraxılmış 83 mindən çox beşinci nəsil "ThinkPad X1 Carbon" yığcam fərdi kompüteri geri çağrılacaq. İstifadəçilər "Lenovo"nun saytında qurğularının yararsız olub-olmamasını yoxlaya bilərlər. Yararsız noutbukların təmiri pulsuz həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.