Maraqlı

Hərbçilər üçün ekzoskelet yaradılıb

13 Fevral 2018 08:21
0 Şərh     Baxış: 657

Çinin "Norinco" Dövlət Korporasiyası istifadəçiyə xüsusi səy göstərmədən 45 kiloqramadək yükləri daşımağa imkan verəcək yeni nəsil ekzoskeletin prototipi üzərində işi başa çatdırıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 3 il əvvəl yaradılan əvvəlki versiyada hidravlika və akkumulyatorlarla bağlı problemlər olub. Yeni prototipdə çatışmazlıqlar aradan qaldırılıb, eləcə də onun konstruksiyası istifadəçilər üçün yüngülləşdirilib və rahatlaşdırılıb. Tamamlanmış hidravlik və pnevmatik ötürücülər, eləcə də ekzoskeletin yüngül karkası ondan istənilən yerdə rahat istifadəyə imkan verir. Bununla yanaşı, onu geyinmiş insan yüklərin nəqli üçün 5 dəfə az güc sərf edəcək.

Bildirilir ki, konstruksiya çəkisinin azaldılması batareyadan daha səmərəli istifadəyə imkan verib. Hazırda ekzoskelet daha çox və yaxşı işləsə də, texnologiyanın hərbçilərin sifarişi ilə hazırlanması səbəbindən onun barəsində dəqiq məlumatlar verilmir. Lakin məlumdur ki, yeni ekzoskelet saatda 4 km sürətlə 10 km məsafəni qət etməyə imkan verən əvvəlki versiyadan daha yaxşıdır.  

Məlumata görə, ekzoskeletlərdən, həmçinin dinc məqsədlər naminə tətbiq edərək onları fiziki imkanları məhdud insanlar üçün köməyə uyğunlaşdırmaq və ya anbar və ya quraşdırma sexlərini onlarla təchiz etməklə yükdaşıyanlar və montajçılar üçün daha rahat iş şəraiti təmin etmək olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.