Maraqlı

İnternet kompüteri yaradılacaq

13 Fevral 2018 08:11
0 Şərh     Baxış: 437

İsveçrənin "DFINITY" şirkətinin tərtibatçıları istifadəçi kompüterlərini vahid desentralizasiya edilmiş "bulud" platformasında birləşdirməklə onları "internet kompüteri"nə çevirməyə imkan verən açıq protokolun yaradılmasına başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, tərtibatçılar "Amazon", "Google" və "Microsoft" şirkətlərinin "bulud" servisləri ilə rəqabət aparmağı planlaşdırırlar. Sistemə qoşulan kompüterlər mayninq güclərini müəyyən pul müqabilində şirkətlərin tokenlərində paylaşa biləcəklər.

Tərtibatçıların sözlərinə görə, onlar interneti güclü hesablama mərkəzinə çevirə bilən sistem yaradaraq hazırladıqları açıq protokol vasitəsilə yaradılmış "DFINITY" şəbəkəsinə qoşulacaq bütün istifadəçiləri birləşdirmək istəyirlər.

Məlumata görə, bu şəkildə yaranan kompüterlər şəbəkəsi "bulud" platforması funksiyasını yerinə yetirməklə maksimum təhlükəsizliyə və rəqabətqabiliyyətli qiymətlərə zəmanət verəcək. Platforma əsasında desentralizasiya olunmuş əlavələr də yaratmaq mümkün olacaq. Bunun üçün "bulud 3.0" tərtibatçıları xüsusi alətlər dəsti yaratmağı nəzərdə tuturlar.

Tərtibatçılar tərəfindən artıq texnologiya üçün 100 milyon dollara yaxın vəsait cəlb edilib. Platformanın beta versiyasının təqdimatı bu ilin sonuna planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.