Maraqlı

16 saat avtonom noutbuk təqdim edildi

13 Fevral 2018 08:01
1 Şərh     Baxış: 346

"Panasonic" şirkəti xüsusi xidmət orqanlarının əməkdaşları, hərbçilər, yanğınsöndürənlər və nəqliyyat işçiləri üçün nəzərdə tutulmuş "Toughbook" noutbuklar seriyasına məxsus yeni model təqdim edib. Yeni noutbuk planşetə çevrilə bilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "CF-20 Mark 2" noutbukunun özəlliyi ikinci batareyanın mövcudluğudur. İstehsalçının iddiasına görə, cihazın avtonom iş vaxtı 16 saat təşkil edir. Aparat vizual və infraqırmızı datçiklər dəstəyinə malik təkmilləşdirilmiş kamera, həmçinin "Windows Hello" biometrik eyniləşdirmə funksiyası ilə təchiz edilib. Klaviaturadakı klavişlərin ölçüsü 8% böyüdülüb.

10,1 düymlük sensor displeyin təsvir ölçüsü 1920x1200 nöqtə təşkil edir. Əlcək vasitəsilə sensor displeyi idarə etmək olar. "CF-20 Mark 2" noutbuku 7-ci nəsil "Intel Core i5-7Y57 vPro" prosessoru, 8 QB əməli yaddaş, 256 QB SSD daşıyıcı və 4G LTE-moduluna malikdir.

"Panasonic" şirkətinin noutbuku hərbi standartlara cavab verən elektromaqnit maneələr filtrinə malikdir, hündürlükdən yerə düşdükdə sınmır və ekstremal şəraitdə işləyə bilir. Həmçinin "CF-20 Mark 2" aparatı yağış, toza, qum, şaxta, temperatur dəyişikliyinə dayanıqlıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Natiq · 13 Fevral 09:1300

    16 saat avtonom noutbuk təqdim edildi necede menasiz bawliqdi .... hec menada yoxdu bawliqda

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.