Maraqlı

Ən yığcam və ucuz aparat hazırlanıb

13 Fevral 2018 07:22
0 Şərh     Baxış: 550

Yəqin ki, hər bir kəs ən azı bir dəfə ultrasəs müayinəsindən (USM) keçib və bu müayinə üçün lazım olan qurğunun ölçüsündən xəbərdardır. Hətta "yığcam" adlandırılan ən kiçik aparatların ölçüsü 90-cı illərin ortalarında populyar olan elektron şüa borulu monitorları xatırladır. Ancaq tezliklə "Butterfly Network" şirkətinin alimlərinin səyi nəticəsində gödəkçənin cibinə yerləşə bilən ultrasəs müayinə-aparatları satışa çıxarılacaq. Həm də belə cihazlar hazırda mövcud olan analoqlardan bir neçə dəfə daha ucuz qiymətə əlçatan olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ultrasəs müayinəsi keçirməyə imkan verən ənənəvi aparatlardan fərqli olaraq, "Butterfly Network"ün mütəxəssislərinin "iQ" adlı həlli datçikə oxşardır.

Qurğunun dəyəri hazırda 2000 ABŞ dolları təşkil edir ki, bu da ənənəvi aparatlarla (qiymət 15000-dən 100000 ABŞ dollarına kimi dəyişir) müqayisədə xeyli ucuzdur. Ən əhəmiyyətlisi odur ki, ABŞ-ın qida məhsulları və dərmanların keyfiyyətinə sanitar nəzarət idarəsi artıq iQ-dən urologiya, ginekologiya, ürək, damar, əzələ toxuması və sümük strukturlarının müayinəsində istifadəyə icazə verib. "Butterfly Network" şirkətinin rəhbərlərindən birinin sözlərinə görə, yığcam USM datçikin istifadəsi çox sadə olacaq:

"Əlbəttə ki, ultrasəs müayinəsindən istifadə sahəsində lazımi bilik və təcrübəyə malik həkim və tibb işciləri ilk olaraq sözügedən cihazdan istifadə edəcəklər. Amma zamanla hər bir kəs cihazdan istifadə edə biləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.