Maraqlı

Facebook-da şərhlərdən şikayət olacaq

13 Fevral 2018 07:11
0 Şərh     Baxış: 305

"Facebook" sosial şəbəkəsi istifadəçilərə bu və ya digər şərhdən  moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsini sınaqdan keçirməyə başlayıb. Yeni düymənin sınaqdan keçirilməsini əks etdirən ekran görüntüləri ilk öncə "Twitter"də peyda olub, daha sonra "Facebook"un nümayəndəsi "The Verge" nəşrinə bu informasiyanı təsdiq edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda yeni funksiya ABŞ-dan olan "Facebook" istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, "dislike" düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.