Maraqlı

Daha bir nəhəng şirkət elektrik avtomobili istehsalına başlayır

11 Fevral 2018 18:43
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Porsche" avtomobil konserni elektromobillərin istehsalı üçün xərcləri artırmaq niyyətindədir. Yaxın illərdə bu sahəyə yönəldiləcək vəsaitin miqdarı nəzərdə tutulan 3 milyard avro əvəzinə 6 milyard avro təşkil edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Porsche"nin rəhbəri Oliver Blume məlumat verib. O deyib ki, 2020-ci ilədək vəsaitlər istər hazırda istehsalda olan "Porsche" modellərinin ekektirkləşdirilməsinə, istərsə də yeni elektromobillərin yaradılmasına sərf olunacaq. 2019-cu ilin sonunadək "Mission E"nin elektrik modelinin buraxılması nəzərdə tutulur. İlk mərhələdə alman Suffenxauzenində illik 20 min elektromobil istehsal olunacaq. Digər elektromobillər Leypsiq zavodunda buraxılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.