Maraqlı

10 yaşlı azərbaycanlı qız Belçikanı heyrətləndirdi

10 Fevral 2018 22:02
2 Şərh     Baxış: 1 422

10 yaşlı azərbaycanlı Ləman Kazımova Belçikanın Antverpen şəhərində gənc jurnalistlər arasında keçirilən müsabiqənin mükafatçısı olub. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Gazet van Antwerpen" məlumat yayıb.

Nəşrin yazdığına görə, kollecin ibtidai sinif şagirdi olan bu qız holland dilində yazı müsabiqəsinin qalibi olub: "Bizim gənclik nə qədər istedadlı olduğunu hər il sübut edir. Baxmayaraq ki, Ləmanın ana dili holland dili deyil, o bir çox istedadlardan seçilir".

Ləman Kazımova bildirib ki, indiyə qədər də evdə valideynləri ilə azərbaycanca danışıb: "Biz əvvəlcə Rotterdamda yaşayırdıq, amma sonra Essenə köçdük. Bu ölkədə mən özümü evimizdəki kimi hiss edirəm, xüsusilə məktəbimiz çox xoşuma gəlir. Mənim inşam məktəbə həsr edilmişdi, orada mən üç qızın dostluğundan danışmışam. Bu qızlar böyük şouda iştirak etməyi arzu edirlər və bir gün onların arzusu həyata keçir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ❤❤..SeadeT..❤❤ · 10 Fevral 22:0850

    Uğurlar sene LEMAN

    Cavab yaz
  • Anonim
    SIRVANLI · 11 Fevral 08:1510

    ugurlar sene. sen fexrimizsen yaxsi islerinle ämällärinlä harda yasamagindan asli olmayaraq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.