Maraqlı

Kişi sonsuzluğunun səbəbi

10 Fevral 2018 23:05
0 Şərh     Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon cütlüyün həyatına təsir edən xəstəlikdir. Cütlərin təxminən 100-də 40-da sonsuzluğun səbəbi kişi faktoru qaynaqlıdır.

Düzgün qidalanmamaq, mənfi vərdişlər də risk faktorları sırasındadır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki,Türkiyənin Memorial Diyarbakır Xəstəxanasının uroloqu Necmettin Penbegül kişi sonsuzluğunun səbəbləri və müalicə zamanı qidalanma faktoru barədə vacib açıqlamalar edib. Onun sözlərinə görə, evli cütlüklər hansısa qorunma üsulundan istifadə etmədən bir illik mütəmadi münasibətdə olsalar da uşaq sahibi olmayırlarsa bunun səbəbi sonsuzluq olaraq dəyərləndirilir:

"Səbəblər sırasında spremanın funksiya pozğunluğu, hormonal pozğunluqlar, infeksiyaları misal gətirmək olar. Siqaretdən, spirtli içkilərdən istifadə, yanlış qidalanmaq da sonsuzluğu yaradan məsələlər arasında yer alır.

Düzgün qidalanmamaq səbəbi ilə vücud maddələr mübadiləsini yavaşıdır. Yağlı yeməklər, trans yağlardan istifadə də immunitetə mənfi təsir göstərir. Köklük xəstəliyi spermanın keyfiyyətini öldürür. Sonsuzluğun müalicəsində qida seçimi əsas məsələlərdəndir".

Mütəxəssis, sosis, kolbasa kimi məhsulların spremaya mənfi təsir göstərdiyini qeyd edib.

"Doymuş yağ asidləri, vücuddakı sərbəst oksigen radikallarının artmasına səbəb olaraqspermanın keyfiyyətinə ziyan vurur. Bunun əksi olaraq dəniz məhsulları spermanın sayı və keyfiyyətində müsbət təsirə malikdir. Meyvə və tərəvəzlərdən isə mütəmadi olaraq istifadə əsas şərtdir. Bu qidalar kişi sonsuzluğuna qarşı mübarizə edir desək yanılmarıq:

Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları

Süd və süd məhsulları

Balıq

Təbii həyətdə saxlanılan ev toyuqları

Antioksidanlarla zəngin meyvə və tərəvəzlər

Yer fıstığı, lobya, brokoli və s",-deyə həkim vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.