Maraqlı

Anosmiya xəstəliyi nədir?

10 Fevral 2018 21:50
0 Şərh     Baxış: 804

İnsan dad və iy bilmək qabiliyyətini itirərsə həyat ona maraqsız hala gələr. Təəssüf ki, hər 100 nəfərdən beşi bu problemlə üzləşir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, türkiyəli qulaq-burun-boğaz mütəxəssisi Melih Çiçək anosmiya xəstəliyi haqqında danışıb:

"Dad və qoxu duyumu yaşamağın mühüm parçasıdır. Anosmiya xəstələrinin bir çox restoranlardan üz döndərirlər. Həyatda çətinliklə üzləşirlər.
Bəzən qoxu qabiliyyətinin itkisinin səbəbi tapılmır. Ən çox yayılan səbəbləri isə aşağıdakılardır:

Baş yaralanması

Ağır infeksiyalar, soyuqlama və ya qrip

Allergiyalar, sinüzit

Fiziki anormallıqlar

Bəzi dərmanlar

Hormonal problemlər

Diş və ya ağız problemləri

Kimyəvi maddələrə məruz qalmaq

Narkotikadan istifadə

Siqaret çəkmək

Bəzi digər tibbi problemlər, məsələn, epilepsiya, ahzhemir xəstəliyi, şizofreniya kimi xəstəliklərin qoxu almaq duyğusuna təsir edir.

Nadir hallarda bəzi xərçəng növləri də anosmiya yarada bilər.

Bəs hansı dərmanlar dad alma qabiliyyətinə mənfi təsir göstərir?

Antibiotiklər
 

Parkinson xəstəliyi

Miqrendə istifadə edilən dərmanlar

Əzələ genişləndirici dərmanlar

Təzyiq dərmanları

Tiroid həbləri"

Nə zaman həkimə müayinəyə gedilməlidir?

Bu funksiyanın müvəqqəti itkisinə səbəb olan bəzi vəziyyətlər yarana bilər. Məsələn, soyuqlama zaman itə bilər ki, adətən iki həftə sonra geri dönər. Əgər qalıcı olmağından narahatsınızsa həkimə gedilməlidir.

Bu zaman həkim geniş müayinə edəcək. Burun, ağız, boynunuzu yoxlayacaq. Sonra Lor həkiminə yönləndirməyə ehtiyac olub-olmadığını bildirəcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.