Maraqlı

"WhatsApp"-dan daha bir yenilik - İNANILMAZDIR - VİDEO

19 Yanvar 2018 21:33
0 Şərh     Baxış: 6 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox şirkətlər müştərilərinə daha əlçatan olmaları üçün çalışırlar ki, bütün onlayn vasitələrdən istifadə etsinlər. Əvvəllər əlaqə yerinə ancaq telefon nömrəsi əlavə edilirdisə, indi mail, facebook, tvitter, instagram və WhatsApp kimi sosial platformalardakı ünvanlar da yazılır. Bir çox sosial şəbəkələr isə müştəriləri üçün nisbətən üstünlüyə malik biznes platformalarını hazırlayırlar.

Milli.Az bildirir ki, artıq "WhatsApp" sosial şəbəkəsi də şirkətlər və biznesmenlər üçün öz yeni tətbiqini hazılayıb. "Business WhatsApp" adlandırılan proqramın adi "WhatsApp"dan bir sıra üstünlükləri var.

Biznes məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan "business WhatsApp" da ödənişsiz olaraq təqdim edilir. Yeni proqram sayəsində həm şəxsi WhatsApp hesabını, həm də şirkətin WhatsApp hesablarını bir telefonda istifadə etmək mümkün olacaq.

Proqram görünüşü ilə adi WhatsApp-dan yalnız loqotipindəki "B" hərfi ilə fərqlənir. Bundan əlavə, "business WhatsApp"ı stasionar telefon nömrəsi ilə də açdırmaq mümkün olacaq. WhatsApp-ın bu versiyasının yaxın günlərdə İOS və Android veb mağazalarında istifadəçilərə təqdim ediləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.