Maraqlı

Bəşəriyyət bioloji inkişafda maksimal və son həddə çatıb

17 Fevral 2018 21:44
2 Şərh     Baxış: 1 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılmış genişmiqyaslı araşdırmanın nəticələri göstərir ki, bəşəriyyət həcm və ölçü, ömür müddəti və dözümlülük kimi növə xarakterik bütün bioloji imkanlarda artıq maksimum səviyyəyə çatıb.

Bütün digər bioloji növlər kimi, insanların da inkişafında müəyyən hüdudlar olmalıdır. Bundan sonra elə bir əlverişli şərt mövcud olmayacaq ki, orada insan zürafələrin hündürlüyü və ya pələnglərin sürəti kimi özəllikləri təkmilləşdirsin. Görünən budur ki, Homo sapiens öz təbiətinin imkanlarından istifadədə maksimuma qalxıb. Fransız mütəxəssislərin gəldiyi bu qənaət son 120 ili əhatə edən məlumatlardan ibarətdir.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, son əsrlərdə bəşəriyyət davamlı və stabil olan proqres göstərib. Tibb və gigiyenanın uğurları sayəsində hər növbəti nəsl ortalama daha uzunömürlü, daha sağlam, iri və güclü olub. Bütün bunlar gələcəklə bağlı xeyli sevindirici proqnozları zəruri etməli idi: stabil proqres yolu insanları daha hündürboy və daha güclü fərdlərə təkamülləşdirməli idi. Əfsus, buradakı limiti elə biologiya özü təyin edir.

Fransalı tibb professoru Jan-Fransua Tussen həkimlər, genetiklər, antropoloqlar və s. elm xadimlərindən ibarət nüfuzlu heyət yığa bilib. Onlar, XX əsrin əvvəllərindən bəri toplanmış uzunömürlülük, orta boy, fiziki göstəricilər kimi tarixi məlumatları və genetik amillər və ətraf mühit kimi təsirləri nəzərə alaraq, genişmiqyaslı təhlil işlərinə başlayıblar. "Qidalanma, tibb və elmdəki davamlı proqresə baxmayaraq, bu xüsusiyyətlər daha artmır, - professor Tussen etiraf edir. - Bu, müasir cəmiyyətin növün şəxsi hüdudlarına çatmağına ixtiyar verdiyini göstərir. Biz, bunları dərk edən ilk nəslik".

Bəşəriyyət limitli rəqabətdədir
Alimlərin dediyinə əsasən, əvvəllər insanlar bu göstəricilərdə rekord ardınca rekord təyin edirdilərsə, son illərdə maksimumlar, demək olar ki, artmaq bilmir. Bəşəriyyət artıq zirvəyə dırmanıb və bu gün əslində baş verən rəqabət bu maksimumlara çox və ya az yaxınlaşmış müxtəlif cəmiyyətlərin nisbətləri arasındadır. Qeydə alınmış maksimal uzunömürlülük müddətində ortalama rəqəm olan 120 yaş aşıla bilinmədi. 1980-ci ildən bu günədək orta boy göstəriciləri kişilərdə 180 sm, qadınlarda 170 sm olaraq qalır. Hətta idman rekordlarının yenilənməsi sürəti belə düşməkdədir.

Burası da var ki, hər cəmiyyət bu maksimumu əldə edə bilmir. Alimlər hesab edir ki, iqlim amili kimi ətraf mühitdə nəzərə çarpan dəyişikliklər insanları əvvəlki normalarına "ata bilər". Məlumdur ki, Afrikanın bəzi ölkələrində son onilliklərdə orta statistik boy göstəriciləri müəyyən templə düşməkdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.