Maraqlı

Hibrid smart-saatlar bazarı artacaq - PROQNOZ

20 Yanvar 2018 08:25
0 Şərh     Baxış: 1 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juniper Research" şirkətinin analitikləri düşünürlər ki, yaxın zamanlarda "ağıllı" qol saatları bazarında ciddi dəyişikliklər olacaq. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu dəyişikliklər hibrid smart-xronometr adlanan cihazların populyarlığının artımı ilə bağlıdır. 

Hibrid "ağıllı" saatlar adi analoq cihazlar kimi görünə bilər. Ancaq bununla belə, onlar əlavə funksiya seçimlərinə malikdirlər. Bu, saat sahibinin fiziki aktivliyi barədə məlumatların toplanması və smartfondan bildirişlərin alınması ilə də bağlı ola bilər. 

Qiymətləndirməyə əsasən, ötən il ərzində bütün dünya üzrə 14 milyon ədəd hibrid smart-saat satışa çıxarılıb. "Juniper Research" mütəxəssislərinin proqnozlarına əsasən, 2022-ci ildə belə cihazların tədarükü 80 milyon ədədə çatacaq. Bu gözləntilər özünü doğrultsa, 2017-ci ilin göstəriciləri ilə müqayisədə təxminən 460 faiz artacaq. 

Eyni zamanda "Apple Watch" kimi tam "ağıllı" saatlara tələbat 2022-ci ilə qədər 160 faiz artacaq. Belə bir vəziyyət ona gətirib çıxaracaq ki, hibrid smart-xronometrlər qobal "ağıllı" qol saatları bazarının 50 faizdən artığına malik olacaqlar. 

Əlavə edək ki, ilkin qiymətləndirməyə görə, 2017-ci ildə bütün dünya üzrə 113,2 milyon ədəd daşınar cihaz realizə edilib. Onlardan bütün mümkün bilərziklərin payına 45 milyon ədədi düşüb. Baza və genişləndirilmiş funksiyalı smart-saatları isə bazarın əsas payına malik olublar. Onların bazar satışı 61,5 milyon ədəd təşkil edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.