Maraqlı

Pilotların rəğbətini qazanan DÖYÜŞ TƏYYARƏLƏRİ - Saniyədə 70 mərmi...

25 Fevral 2018 23:52
0 Şərh     Baxış: 1 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

II Dünya Müharibəsində quru qüvvələrinə dəstək vermək məqsədilə geniş şəkildə istifadə edilən hücum təyyarələrinin yerini müəyyən müddət keçdikdən sonra modern qırıcı təyyarələrə buraxacağı düşünülürdü. Ancaq son zamanlarda meydana gələn qarşıdurmalar bu təyyarələrin yeni nəsil "qardaşlarından" daha effektiv olduğunu ortaya qoydu.

Milli.Az ən güclü ordularda istifadə edilən təyyarələri təqdim edir.

ABŞ Hava Qüvvələrinin xidmətinə 1977-ci ildə verilən "A-10" hücum helikopteri. Bu təyyarə əvvəllər pilotlara güvən hissi verməyib. Eyni dövrdə ordunun xidmətinə "F-15" və "F-16" tipli təyyarələr verilib. Bu təyyarələrin sürəti daha yavaş və xarici görünüşü çirkin olduğu üçün, onlara "düyməli donuz" ləqəbi verilib.

Pentaqon belə bir helikopterin orduya lazım oldub-olmadığı mövzusunda müzakirələr apararkən, "A-10" hücum helikopteri İraqda aparılan "Səhra fırtınası" əməliyyatında 7 ayda İraqın 3000-ə yaxın zirehli avtomobilini məhv edib və bütün müzakirələrə son qoyub. Bu helikopterlərin ən böyük özəlliyi üzərində "GAU-8/A Avenger" çoxlüləli tank əlehinə topları daşımasıdır. 30 mm-lik 7 lüləli silah saniyədə 70 mərmi buraxa bilir.

"Əkin qarğası" adı ilə tanınan Sovet istehsalı "Su-25" hücum təyyarəsi. İlk dəfə 1975-ci ildə istifadəyə verilib. Həmin gündən etibarən 20-dən çox ölkənin ordusunda istifadə edilməkdədir. Təhülkəsiz, güvənli, güclü və son dərəcə müqavimətli təyyarə sürətli bir şəkildə hərbi pilotların rəğbətini qazanıb. Bu təyyarə hava topları, bombalar, radarlı və radarsız raketlər kimi havadan quruya və havadan havaya atıla bilən silahlar daşıya bilir. Bu təyyarə eyni zamanda 32 silah daşıya bilir. Pilotlar bu təyyarədə 12,7 mm-lik hər cür alovlu silahdan qoruna bilir.

Əfqanıstan müharibəsində geniş şəkildə istifadə edilən "Su-25" bu ölkədə "Uçan tank" kimi şöhrət qazanıb.

Almaniyanın "Dornier" şirkəti ilə Fransanın "Dassault-Breguet" şirkəti tərəfindən istehsal edilən "Alfa Jet". 1977-ci ildə itifadəyə verilən təyyarələr bu gün də 14 ölkənin ordusuna xidmət edir. Bu qırıcılar, adətən, müharibə zonasındakı və müdafiənin dərinliklərindəki sabit hədəfləri vurmaq üçün unikaldır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.