Maraqlı

Yeni aldığı "İphone"unu itirən qadın dava saldı - VİDEO

16 Yanvar 2018 22:40
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Kaliforniya ştatında bir qadın kafedə kütləvi davaya səbəb olub. İddialara görə, o yeni aldığı "İphone 10"-u burada itirib.

Milli.Az xəbər verir ki, ştatının Nyuark şəhərindəki kafelərdən birində qanlı dava düşüb. Belə ki, qadın telefonun xüsusi "Find My iPhone" axtarış sistemi vasitəsilə itirdiyi mobil telefonunun kafenin yerləşdiyi ünvanda olduğunu təsbit edib. Kafeyə yaxınlaşan qadın ofisiantlara və rəhbərliyə burada unudulmuş telefon tapıb-tapmadıqlarını soruşub. Yox cavabı alan qadın qəzəblənib və dava salıb.

Telefon sahibi sistemi göstərərək telefon siqnalının məhz burada olduğunu desə də, kafe sahibləri qadını ərazidən uzaqlaşdırmağa cəhd ediblər.

Qadının kafedəkiləri oğru adlandırması müştərilər arasında kütləvi davaya səbəb olub. Nəticədə, 20 nəfər bir-biri ilə əlbəyaxa olub. Mübahisə zamanı müştərilərdən biri qadının saçını yolaraq döşəməyə töküb.

Əraziyə çağrılan polis mübahisə edən hər kəsi həbs edib. Axtarış nəticəsində məlum olub ki, telefonu kafenin aşbazı götürüb və mətbəxdə gizlədib.

Hadisə şahidləri baş verənləri anbaan çəkərək sosial şəbəkələrə yükləyiblər. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni aldığı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.