Maraqlı

2017-ci il ən isti il idi?

15 Yanvar 2018 21:46
5 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci il müşahidələrin aparıldığı dövrdən bu yana ən isti il kimi qəbul oluna bilər. İlkin məlumatlara əsasən, karbon qazının atmosferə atılması həcmi əvvəlki üç ildə dəyişməz qalsa da, 2017-ci ildə 2 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müşahidələr son 5 il ərzində Yer kürəsində orta temperaturun sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,1 dərəcə yüksəldiyini göstərib.

2017-ci ildə Karib dənizindən İrlandiyayadək bütün ərazilər qasırğaların təsirinə məruz qalıb. Hindistan, Banqladeş və Nepalda daşqınlar səbəbindən 1200 nəfərdən çox insan həyatını itirib. Quraqlıq Şərqi Afrika və ABŞ-ın qərbində ciddi fəsadlarla nəticələnib. Avropanın cənubunda isə güclü quraqlıq meşə yanğınları və su çatışmazlığına səbəb olub.

Uzunmüddətli müşahidələr dövrü ərzində Avropada, əsasən də uzaq şimalda 2017-ci il daha isti keçib. Dənizin buz örtüyü xeyli azalıb. Dekabr Avropada da ən isti ay kimi yadda qalıb, qitənin cənub-şərqində temperatur orta göstəricidən yüksək olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.