Maraqlı

"Qaçın, raket gəlir!" - Havay adaları qorxuya düşdü - VİDEO - FOTO

15 Yanvar 2018 12:44
0 Şərh     Baxış: 2 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ərazisi olan Havay adalarında dünən yerli vaxtla səhər saat 08.00-da raket xəbərdarlığı yayılıb.

Milli.Az CBS-ə istinadən bildirir ki, ada sakinlərinin mobil telefonlarına gələn SMS-də "Ballistik raket təhlükəsi var! Qaçın, sığınacaqlara yollanın! Bu, təlim deyil!" yazılmışdı.

Xəbərdarlıq yerli telekanallarda və radiostansiyalarda da translyasiya olunub.

Sakinlər arasında vahimə, təlaş, qaçaqaç başlanıb.

Yalnız 37 dəqiqə sonra Havay sakinlərinin telefonlarına təkzib SMS-i gəlib. ABŞ Hərbi-Dəniz Qüvvələrinin Sakit Okean komandanlığı xəbərdarlığın yalan olduğunu bəyan edib. Havay adalarının qubernatoru Devid Ayc sakinlərdən üzr istəyib.

"İnsident insan amili ilə bağlıdır. Növbə dəyişərkən əməkdaş xəbərdarlıq düyməsini yanlışlıqla basıb. Baş verən qəbuledilməzdir. Havay sakinlərinin məruz qaldıqları ağrı-acı və təlaşa görə üzr istəyirəm".

Təlaşa düşüb sığınacaqlara qaçanlar arasında bir sıra şou ulduzları, o cümlədən tanınmış aktyor Cim Kerri də vardı.

Ötən ilin dekabrında "soyuq müharibə" illərindən bəri ilk dəfə Havay adalarında nüvə zərbəsi ilə bağlı xəbərdarlıq sistemi sınanıb. Təlimlər Şimali Koreyanın ballistik raket sınaqları ilə bağlı idi.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.