Maraqlı

Qış depressiyasının əsas səbəbi günəş işığının azlığı ilə bağlıdır

20 Yanvar 2018 23:15
1 Şərh     Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havalar soyuduqca orqanizmin müqaviməti də azalır. Həmin problemi aradan qaldırmaq üçün onu həm fiziki, həm də psixoloji cəhətdən gücləndirmək və qışa hazırlamaq lazımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, kifayət qədər günəş enerjisi qəbul etməyən orqanizmin bioloji saatı pozulur, davamlı yatmaq istəyir. Xroniki yorğunluq qışda depressiyaya düşənlərdə yaşamaq arzusunu zəiflədir. Qərar vermək çətinliyi, yaddaş və diqqət dağınıqlığı, ətrafdakılardan uzaqlaşmaq, tək qalmaq və özünə qapanmaq istəyi, eləcə də yuxu pozğunluğu qış depressiyasının əsas əlamətləridir.

Psixoloqlar qış depressiyasından xilas olmaq üçün bir sıra yollar da təklif edirlər. Onların fikrincə, həmin arzuolunmaz vəziyyətdən çıxmaq üçün ən yaxşı dərman işıqdır. Gündə 1 saat açıq havada gəzmək, qidalanmaya diqqət yetirmək məsləhətdir, xüsusilə quru meyvələr kimi enerji verən qidalar depressiya təhlükəsini aradan qaldırır. Yaşıl tərəvəzlər, pomidor, kartof və itburnu bol C vitamini ehtiva etdiyi üçün onları qəbul etməklə orqanizmi qüvvətləndirmək mümkündür.

Qidalanma ilə yanaşı geyim seçimi də çox vacibdir. Rəngli paltarlar əhval-ruhiyyəni dəyişir, müsbət enerji verir. Şən mahnılara qulaq asmaq, açıq havada, təbiət qoynunda gəzib-dolaşmaq qış depressiyasından qurtulmağa kömək edir. Sosial həyata diqqəti artırmaq, teatra getmək və maraqlı filmlərə tamaşa etmək depressiyadan uzaqlaşmaq üçün çox faydalıdır. Həmin tədbirlərdən sonra vəziyyətdə müsbətə doğru dəyişiklik baş verməməsi mütəxəssisə müraciət etmək zərurəti doğurur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.