Maraqlı

Rusiyada smartfon satışında yeni rekord

15 Yanvar 2018 07:51
0 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada smartfon satışında yeni rekord qeydə alınıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər cihaz satışlarındakı sıçrayışı onunla izah edir ki, vətəndaşların cihazları kredit götürmək və ya sonradan ödəməklə əldə etmək imkanları yaranıb.

Ötən il rusiyalılar 28,6 milyon ədəd smartfon əldə ediblər ki, bu da ötən ilki göstəricini 5 faiz üstələyir. Bu nəticə satışlar üzrə tarixi rekordu üstələyib ki, son belə rekord 2014-cü ildə qeydə alınıb. O zaman Rusiya ərazisində olan bütün ticarət nöqtələri 27,6 milyon ədəd smartfon satışını həyata keçiriblər.

Hazırda smartfonun alışına təsir edən bir çox loyallıq proqramları mövcuddur. Belə ki, hazırda köhnə telefonu yenisi ilə əvəzləmək, kredit götürmək və ya heçbekdən istifadə edərək vəsaitləri geri qaytarmaq mümkündür.

Mütəxəssislər bu tendensiyanı onunla izah edirlər ki, məhz 2017-ci ildə 2014-cü ildə əldə edilmiş smartfonları dəyişmək zamanı çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.