Maraqlı

Bədəninizi formalaşdıran atomlar Eynşteynə aid ola bilər

12 Yanvar 2018 23:02
0 Şərh     Baxış: 419

Bədənimizdə olan atomların 200 milyardı bir zamanlar yaşamış Aristotelə, Nyutona və ya Albert Eynşteynə aid ola bilər. Bəli, səhv eşitmədiniz. Hal-hazırda bədənimizi formalaşdıran atomlar bir zamanlar tam fərqli yerlərdə, tam fərqli insanlardaydı.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, bədənimizdəki hüceyrələr və atomlar hər daima yenilənib dəyişir. Əslində, bədənimizin 70%-ni formalaşdıran su molekulları hər 8 gündə bir yenilənir. Bununla birlikdə, bədənimizi meydana gətirən atomların 98%-i hər il yenilənir. 7 ildən bir isə bədənimizdəki bütün atomlar yeniləriylə dəyişir. Yəni bu an əlimizi, üzümüzü, beynimizi meydana gətirən heç bir atom əslində 7 il əvvəlki atomlar deyil.

Bədənimizdəki tək bir hüceyrədə Samanyolundakı ümumi ulduz sayının 100 misli qədər, yəni 200 trilyon atom var və ortalama bir insan bədənində təxminən 100 trilyon hüceyrə mövcuddur. Bu rəqəmi özünüz hesablayın.

Bədənimiz bu qədər çox atom ehtiva etdiyi və bu atomlar çox tez yeniləndiyi üçün, əslində, dünya üzərindəki bütün atomlar bir dövriyyə içindədir. Poetik olaraq danışsaq, bu an bədənimizdə olan atomların 200 milyardı bir zamanlar Nizami Gəncəvinin və ya Şah İsmayılın bədənlərində olub deyə bilərik. Eyni şəkildə bədənimizdəki atomların 200 milyardı Babək Xürrəmidən, 200 milyardı bir dinozavrdan və təəssüf ki, 200 milyardı da Hitlerin bədənində idi.

Əgər fərqli tərəfdən baxsaq, bundan 1000 il sonra bir insan digər ulduz sistemlərindəki planetlərə ilk addımı atdığı zaman, ya da dünya xarici canlılarla ilk ünsiyyətə keçdiyi zaman o adamın bədənində olacaq atomlardan 200 milyardı tam bu an sizin bədəninizdə var.

Canlıda bütün toxuma və orqanlar metabolik olaraq aktivdir. Xaricdən aldıqları bioloji enerjini istifadə edərlər və xaricə bioloji olaraq daha az təsirli enerji atarlar. Başqa bir sözlə, xaricdən aldıqları atom və molekulları, bədənlərində olan atom və molekulların yerini dəyişdirərlər və bəzilərini xaricə atarlar. Biz buna maddələr mübadiləsi deyirik.

Canlı bədənindəki hər toxuma və orqanın, hər hüceyrənin və hüceyrə birliyinin metabolik fəaliyyəti vardır. Bəzi toxuma və orqanların maddələr mübadiləsi ləng gedir. Məsələn, gözün korneasında olduğu kimi. Digər toxuma və orqanların mübadiləsi isə sürətlidir - qaraciyərdə olduğu kimi. Amma dəyişmədiyini hesab etdiyimiz bəzi toxumaların belə sürətli bir maddələr mübadiləsi olduğun bilirik. Məsələn, sümüklərin metaboizması hesab edildiyindən daha çox sürətlidir. Metabolik tədbirlər zamanı bədən özünü yeniləyir. Orta hesabla hər 7 ildə bir insan bədənindəki bütün atomlar yenilənirlər.

Həmçinin, bir toxuma və ya orqan ölməyəcək qədər zədələnmişsə, bərpa edilir. Bununla yanaşı, bərpa edilmənin də bir sərhədi vardır. Bədən hər zədələnməni bərpa edə bilməz.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.