Maraqlı

İntihar edən adamın cəsədini çəkib 15 milyon izləyicisi ilə paylaşdı

12 Yanvar 2018 22:46
0 Şərh     Baxış: 1 360

"Yutub" şirkəti amerikalı fenomen Loqan Paul ilə kommersiya əlaqələrinə son qoyub.

Milli.Az xəbər verir ki, şirkət bu addımı L.Paulun Yaponiyadakı gəzintisi zamanı "İntihar meşəsi"ndə intihar edən bir nəfərin cəsədini videoya çəkərək 15 milyon izləyicisi ilə paylaşdığına görə edib.

Bu qərardan sonra "Yutub" fenomeni önəmli gəlir mənbəyi olan reklamlardan qazanc əldə edə bilməyəcək. Şirkət, eyni zamanda, 22 yaşlı bloqerlə birlikdə həyata keçirdiyi layihələri dayandırdığını da açıqlayıb. Beləliklə, Paul "Yutub" şirkətinin çəkdiyi heç bir filmdə rol almayacaq.

Qeyd edək ki, Paulun intihar edən adamın cəsədini görüntüyə alarkən dostları ilə etdiyi zarafatlar da sosial mediada böyük əks-səda yaratmışdı. Aralarında məşhurların da olduğu etirazçı kütlə Paulun üzr istəməsini tələb etmişdi.

Paulun öz növbəsində iki dəfə üzr istəməyinə rəğmən, "Yutub" onun bu hərəkətini bağışlamayıb. (publika.az)

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.