Maraqlı

Ford dizel ilə işləyən pikap təqdim etdi - FOTO

20 Mart 2018 16:30
0 Şərh     Baxış: 1 276
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir sıra elanlardan sonra Amerikanın Ford Motor şirkəti rəsmi olaraq dizel ilə işləyən pikap Ford F-150 Diesel təqdim edib. Güman edildiyi kimi, avtomobil 3,0-litrlik V6 Power Stroke mühərriki alıb.

Milli.Az avto.az-a istinadən bildirir ki, hələ bir il əvvəl Amerikan brendi vəd etmişdi ki, müştərilər bu yaxınlarda dünyanın ən məşhur pikapının dizel variantını əldə edə biləcəklər. İndi isə bu, reallığa çevrilib.

İstehsalçının sözlərinə görə, 3,0-litrlik dizel mühərriki V6 Power Stroke 250 a.g.-ə, 470 Nm-ə malikdir. Təəssüf ki, yeni pikap barədə ətraflı məlumat yoxdur.

Məlumdur ki, pikap Ford F-150 Diesel-in mühərriki 10-diapazonlu avtomat sürət qutusu SelectShift ilə birgə işləyir. Bu sürət qutusu məhz həmin mühərrik üçün hazırlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.