Maraqlı

Bu şirkətin cihazları süni intellektli olacaq

13 Yanvar 2018 07:33
0 Şərh     Baxış: 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya şirkəti 2020-ci ilədək hər bir cihazına "Bixby" səsli köməkçisini inteqrasiya etməyi planlaşdırır.

2020-ci ilədək "Samsung" şirkətinin bütün cihazları "Əşyalar interneti"nə qoşulma ilə təmin ediləcək və süni intellektə malik olacaq. Bu haqda Beynəlxalq Elektronika Sərgisində şirkətin prezidenti Ki Nam Kim deyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət "Bixby" adlı səsli köməkçidə süni intellektin təkmilləşdirilməsini planlaşdırır. Kimin sözlərinə görə, 2020-ci ildə "Samsung" şirkətinin istehsalı olan hər bir cihaz süni intellektlə təchiz ediləcək və səsin köməyi ilə qurğuları idarə etmək mümkün olacaq.

"Samsung Electronics" artıq "Bixby" səsli köməkçisini "Samsung TV"-yə inteqrasiya edib. Smartfon və konkret səsli köməkçi vasitəsilə televizoru idarə etmək mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.