Maraqlı

BMT kosmik aparat buraxacaq

13 Yanvar 2018 07:41
0 Şərh     Baxış: 321

Birləşmiş Millətlər Təşkilatı 2021-ci ilədək ilk pilotsuz kosmik gəminin buraxılışını planlaşdırır. Bu barədə BMT-nin Kosmik Məkan Məsələləri üzrə İdarəsinin direktoru Simonetta di Pippo bildirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Dream Chaser" adlanan gəmi çoxdəfəli istifadə üçün yaradılacaq. Onun raketdaşıyıcısı vasitəsilə təxminən 300 km hündürlükdə orbitə çıxarılaraq orada iki həftəyə yaxın qalacağı, bundan sonra bazaya müstəqil qayıdacağı planlaşdırılır.
 
Gözlənilir ki, kosmik aparat BMT-nin bütün üzvlərinin - ilk növbədə kosmik proqram üçün vəsaitə malik olmayan inkişaf etməkdə olan dövlətlərin yararlana biləcəyi müxtəlif eksperimentlərin aparılması üçün istifadə olunacaq. "Biz bu ölkələr üçün beynəlxalq əməkdaşlıq əsasında Yerətrafı məkandan istifadəyə imkan yaratmağa çalışırıq", - idarə rəhbəri vurğulayıb.

BMT-nin kosmik gəmisinin buraxılışının sponsorlar, eləcə də ondan istifadə edəcək dövlətlər tərəfindən maliyyələşdiriləcəyi nəzərdə tutulur. Kosmik aparatın hazırlanması ilə ABŞ-ın "Sierra Nevada" vençur şirkəti məşğul olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.