Maraqlı

Yeni Wi-Fi WPA3 protokolu hazırlanıb

13 Yanvar 2018 07:51
2 Şərh     Baxış: 434

"Wi-Fi Alliance" konsorsiumu "WPA2" məlumat mühafizə protokolunu əvəzləyəcək "WPA3" haqqında ilkin informasiyanı dərc edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "WPA3" autentifikasiya protokolunun ilk rəsmi layihəsinin 2018-ci il ərzində təqdim ediləcəyinə baxmayaraq "Wi-Fi Alliance" yeni təhlükəsizlik standartında yer alan dörd əsas funksiya barədə məlumatları açıqlayıb.

Birinci xüsusiyyət bir necə uğursuz avtorizə cəhdindən sonra autentifikasiya prosesinin bloklanması vasitəsilə "brute force" hücumlarından mühafizədir.

İkinci funksiya bir-birinə yaxın "Wi-Fi" qurğularından digər qurğular üçün konfiqurasiya paneli qismində istifadə imkanıdır. Məsələn, istifadəçi telefon və ya planşetdən "Wi-Fi WPA3" parametrlərini "ağıllı" lampa, "ağıllı" qapı qıfılı kimi ekranla təchiz edilməyən digər qurğuda quraşdırılması üçün istifadə edə biləcək.  
"Məlumatların fərdi şifrlənməsi" kimi təsvir edilən üçüncü funksiya hər qurğu və marşrutlayıcı və ya "Wi-Fi" nöqtəsi arasında bağlantıları şifrləməyə imkan verir.

Dördüncü xüsusiyyət dövlət və ya müdafiə müəssisələri, eləcə də sənaye istehsalı kimi daha yüksək təhlükəsizlik tələblərinə malik "Wi-Fi" şəbəkələri üçün nəzərdə tutulan təkmilləşdirilmiş kriptoqrafiya standartıdır. Protokol barədə ətraflı məlumatın bu ilin sonunda təqdim ediləcəyi gözlənilir.

Xatırladaq ki, 2017-ci ildə təhlükəsizlik tədqiqatçısı Meti Vanhov tərəfindən "WPA2" protokolunda hazırda mövcud olan bütün "Wi-Fi" şəbəkələrini təhlükə altına alan boşluq aşkar edilib. Boşluq vasitəsilə cinayətkar "Key Reinstallation Attack" (KRACK) hücumunu həyata keçirərək məxfi məlumatları ələ keçirə bilər. "WPA2" protokolunda səhvin olması təhlükəsizlik üzrə ekspertlərin böyük narahatlığına səbəb olub.

Qeyd edək ki, "Wi-Fi Alliance" konsorsiumu iri kompüter texnikası və simsiz "Wi-Fi" qurğuları istehsalçılarını birləşdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ramin · 13 Yanvar 15:3510

    Wpa2-ni sindirsaq yaxsi olar. wifiden pulsuz istifade ederdik.

    Cavab yaz
    • Anonim
      Huseyn · 13 Yanvar 19:3400

      He qaqa, duz deyirsen. Azerbaycan da internet hedden ziyade bahadir. Milletde mecbur qalib parol sindirir. 1 mbit internetin suretini 5 manat eleseler cox gozel olar.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.