Maraqlı

Orta əsrlərin bu vərdişləri SİZİ ŞOKA SALACAQ - İNANILMAZDIR

12 Fevral 2018 07:41
6 Şərh     Baxış: 3 737

XIX əsrədək bahalı ətirlərə bürünmüş təmtəraqlı bal libaslarının içərisində yuyunmamış bədənlər gizlənirdi. Antik dövrdə insanın özünə, bədəninə qulluğu mədəniyyətin bir parçası idi. İnsanlar ümumi məkanlarda həftənin müəyyən günləri yuyunurdular.

Milli.Az xəbər verir ki, xristianlıqdan sonra isə Avropada ictimai şəkildə yuyunmaq adəti günah adlandırılaraq, qadağan olundu. Çünki Allah insanlara bir-birinin yanında soyunmağa izn vermirdi. XV-XVI əsrlərdə yüksək zümrənin nümayəndələri 3-4 aydan bir xüsusi otaqlarda çimməyə başladılar. XVIII əsrdən sonra isə təəssüf ki, bu adət də keçmişə qovuşdu.

İllər bir-birini əvəz etdikcə gigiyena önə çəkilmək əvəzinə tamamilə imtina edilən vərdişə çevrildi. Mənbələrə görə, "Günəş kralı" ləqəbi ilə tanınan XIV Lüdovik hamam mədəniyyətinə tam qarşı idi. Hətta o, bütün ömrü boyu sadəcə bir neçə dəfə həkim məsləhətilə çimmişdi. Orta əsrlərdə ictimai tualetlər ümumiyyətlə, yox idi. Hətta təsəvvür edin ki, adı dillərə dastan olan, nəhəng Versal sarayında da tualet olmayıb. Yüksək zümrənin insanları təbii ehtiyaclarını xüsusi nökərlərin köməyilə həyata keçirdirdilər. Elə məhz bu zaman ətirləri ixtira etdilər. Bu, kəskin qoxuları ört-basdır edən yeganə vasitə idi. Həmin dövrdə hər kəs təbii ehiyaclarını xüsusi qablarda ödəyirdilər. Qab dolanda isə kanalizasiya sistemi olmadığından onu pəncərədən küçəyə atıb, boşaldırdılar.

Bu dövrdə varlı qadınlar uzun səfərlərə çıxanda qulluqçuları onlar üçün böyük şlyapa götürərdilər. Təsadüfi ehtiyaclar bu şlyapada görülərdi. XIX əsrdən etibarən isə bu antisanitarıya həkimlərin səyi nəticəsində aradan qalxmağa başladı. İnsanlar tez-tez çimməyə məcbur edilirdilər. Dövrün ən məşhur həkimi Blits öz kitabında yazır ki, bəzi insanlar mənimlə görüçənədək ömrü böyu çimməmişdilər. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Iiiii · 12 Fevral 07:5310

    Bu neydi eee ureyim agzima geldi lap

    Cavab yaz
  • Anonim
    R. · 12 Fevral 08:0261

    Birde avropanı medeniyyetin beşiyi adlandırırlar,islamdasa daha esirler once temizliyin dinimizdeki ve saglamlıgımızdakı öneminden behs edilib.qusul ve abdestin neinki menevi xeyri,hemde cismani olaraq saglamlıgımızdakı rolu hakkında bır cox melumatlar var.

    Cavab yaz
  • Anonim
    İBRAHİM · 12 Fevral 08:3940

    SALAM HƏKİMLƏRİN SƏYİ NƏTİCƏSİNDƏ DEYİL OSMANLI İPERYASININ SƏYİ NƏTİCƏSİNDƏ İSLAM MƏDƏNİYYƏTİ DÜNYANIN HƏR YERİNƏ GEDİB ÇATDI

    Cavab yaz
  • Anonim
    kate · 12 Fevral 09:4520

    Burda söhbət indi ağzımız sulana sulana baxdığımız avropadan gedir. Həmin dövrlərdə Azərbaycan şəhərlərində mükəmməl su kanalizasiya sistemi vardı . Çoxlu sayda hamamlar fəaliyyər göstərirdi.

    Cavab yaz
  • Anonim
    ureyimiz bulandi · 12 Fevral 10:0940

    insan 1 gun yuyunmasa qawinmaqdan oler bunlar nece yuyunmurdular iy vere vere nece yawayiblar. hele qadinlari demirem dehwet

    Cavab yaz
  • Anonim
    Аноним · 12 Fevral 18:4700

    Normaldır!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.