Maraqlı

O qədər arıqladı ki, baldırları büzüşdü - FOTO

5 Yanvar 2018 19:10
1 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir ifrat arıqlama problemi ilə gündəmə gələn aktrisa Tara Reid son görüntüsü ilə hər kəsi qorxudub.

Milli.Az axşam.az-a istinadən məlumatına görə, 42 yaşlı aktrisa Meksikanın Tulum ərazisində çimrəlikdə dostları ilə istirahət edərkən görüntülənib.

Onun qarın və baldırlarında dərinin büzüşərək pis forma alması paparassilərin obyektivindən yayınmayıb.

Taranın ideal bədən formasından tez düşməsi onun uğursuz əməliyyatları ilə əlaqələndirilir.

Qeyd edək ki, uşaqlıqdan kamera qarşısında olan aktrisa "The Big Lebowski" ("Böyük Lebovski") və "Amerikan piroqu" ("American Pie") filmləri ilə məşhurlaşıb. O, son dövrlər arıqlığa və plastik əməliyyatlara həddindən artıq meyl etməsi ilə gündəmə gəlir. Çox arıqlayan aktrisa gənc qızlara pis örnək olduğu üçün hər zaman tənqid olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.