Maraqlı

Afrikanın ən təhlükəli heyvanı - FOTO

12 Fevral 2018 06:30
0 Şərh     Baxış: 1 232

Səyahətçi fotoqraf Arif Ələkbərov Tanzaniyada, Serengeti qoruğunda məskunlaşan begemotlarun fotolarını çəkib. Milli.Az ailem.az-a istinadən həmin fotoları və begemotlar haqqında maraqlı faktları təqdim edir:

- Begemot quruda yaşayan ən iri heyvanlardan biridir. Çəkisi bəzən 4 tonadək olur.

- Yaşlı erkək begemot 3 metr uzunluğu olan timsahı dişləyərək yarıya bölə bilər. Onun çənəsinin gücü 230 kiloqrama bərabərdir.

- Bədən ölçüsünə nəzərən begemotun baş ölçüsü çox böyükdür.

- Suyun altında nəfəsini 5 dəqiqəyədək saxlaya bilir. Suyun üzünə çıxdıqda isə rahat şəkildə saatlarla yatır.

- Ağzı 120 santimetrədək açılır.

- Həm suyun üzündə, həm də altında özünəməxsus səs çıxara bilirlər. Hər iki halda həm də eşidə bilirlər. Hənirtiləri 15 desibelə çatır.

- Hamiləlik dövrü 8 ay davam edir. Bala begemotun çəkisi 25-55 kq arası olur.

- Zəruri qidanı tapmaq üçün begemotlar bir gecədə 10 km məsafəni qət edə bilirlər.

- Yalnız şirin su hövzələrində yaşayan begemotların duzlu sularla arası yoxdur.

- Fillərlə müqayisədə çox "gözütox"durlar. Filin yediyinin 1/6 hissəsini yeyirlər: gün ərzində cəmi 50 kq bitki. Bitkiləri də dişləmədən, yəni dodaqları ilə qoparırlar. Suda bitən bitkilərə yaxın durmurlar.

- Qısa məsafədə begemotlar saatda 30 km sürətlə qaça bilirlər.

- Yer üzündə ən qalın dəriyə sahib heyvanlardan biridir. Bəzən təkcə dərilərinin çəkisi yarım tona çatır.

- İsti havada və ya günün altında çox qalanda begemotun dərisi çəhrayı rəngə çalmağa başlayır. Dəridən ifraz olunan, onu çəhrayı rəngə bürüyən xüsusi maye begemotları Günəşin zərərli şüalarından qoruyur.

- Afrikada insan üçün ən təhlükəli heyvan nə aslan sayılır, nə də timsah. Bu cəhətdən begemot hamısını geridə qoyub. Özlərininsə vəhşi təbiətdə düşməni, demək olar ki, yoxdur. Ancaq bala və zəifləmiş fərdlər aslanların və ya timsahların qurbanı ola bilərlər.

- Vəhşi təbiətdə 45 il, heyvanxanalarda isə daha çox yaşayırlar.

- 3 həftə yeməksiz qala bilirlər. Mədələrindəki qida qalıqları 2 gün bəs edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.