Maraqlı

Yer üzündə canlıların ən qədim əcdadı tapılıb - Elmi iddia

4 Yanvar 2018 17:36
1 Şərh     Baxış: 1 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az grifonsoft.ru-ya istinadən xəbər verir ki, Kanada və ABŞ alimləri Kanada ərazisində tapılmış daşlaşmış Bangiomorpha pubescens yosunlarının qalıqlarının tədqiq ediblər. Paleontoloqlar qərara gəliblər ki, onların 1,2 milyard il yaşı var.

Məlum olub ki, fotosintez qabiliyyətli bu qədim canlı orqanizmlərin hüceyrələri eukariotik quruluşa malik olub. Yosunları yaşı nəzərə alınsa, bu tapıntılar Yer üzündə bütün canlı mikroorqanizmlərin ən qədimi hesab oluna bilər.

Hesab edilir ki, məhz eukariotun yaranması təkamül prosesində dönüş hadisəsi olub və biosferin taleyini dəyişib. Məhz eukariotların yaranması nəticəsində daha mürəkkəb çoxhüceyrəli orqanizmlərin, eləcə də insanın meydana gəlməsi mümkün olub.

Qeyd edək ki, indiyədək eukariot və prokoriotların ümumi və ən qədim əcdadı Şimal Buzlu Okeanda 3 min metr dərinlikdə tapılmış lokiarxey mikroorqanizmləri hesab olunurdu.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.