Maraqlı

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər - Qadağan olundu

3 Yanvar 2018 11:47
1 Şərh     Baxış: 8 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 yanvardan Gürcüstanda sükanı sağda olan avtomobillərdə onun sola keçirilməsini qadağan edən qanun qüvvəyə minib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

Qadağa isə bununla bağlıdır.

Buna qədər sükanın yeri dəyişdirilən avtomobillər qadağasız texniki baxışdan keçiriləcək.
Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur. 

Qeyd edək ki, Gürcüstandan Azərbaycan xeyli sayda sükanının yeri dəyişdirilmiş avtomobil ixrac olunurdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.