Maraqlı

2018-ci ilin ilk planeti kəşf olundu - FOTO

2 Yanvar 2018 19:16
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ilin ilk planeti kəşf olundu.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, amerikalı alimllər apardıqları araşdırmaların nəticəsini açıqlayıblar.
Alimlər müşahidə zamanı "Kepler-22" adlandırılan panetdə su olduğunu aşkarlayıblar. Onların iddialarına görə, planetdə hazırda həyat olmasa da, həyat üçün zəruri olan elementlərdən biri - su mövcuddur.
Amerikalı tədqiqatçıların fikrincə, "Kepler-22" planeti ətrafında yerləşən peyklərlə canlı mikroorqanizmlərin yaşayışı üçün əlverişli yerdədir. İlkin həyat simptomları üçün kifayət qədər şəraiti olan planetin "Günəş"ə yaxınlığı xüsusi diqqət doğurur.
Alimlərin fikrincə, tam canlı orqanizmin təkamülü üçün mövcud şəraiti "Günəş"dən gələn yüksək temperatur sual altında qoyur. İstilik nəticəsində planetdə var olan suyun buxarlanmaması planeti daha dərindən tətdiq etməyə vadar edir.
Xatırladaq ki, əslində "Kepler-22" palneti 2009-cu ildən aşkarlansa da, önəm verilməmişdi. Bu planet Yerdən 600 işıq ili uzaqlıqda yerləşir (1 işıq ili=10trilyon km). Planet ölçülərinə görə Yerdən 2.4 dəfə böyükdür. Ölçüsünün belə böyük olması səbəbi isə, "Kepler 22"-nin Neptun kimi qaz planeti və ya tamamilə okean ilə örtülü olmasıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.