Maraqlı

Yeni kameralar gəlir - Sizi hər yerdə ÇƏKƏCƏK - VİDEO - FOTO

11 Fevral 2018 22:58
0 Şərh     Baxış: 3 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ubiquiti Labs" şirkəti müasir texnologiyalara cavab verən, hər an istənilən yerə daşıya biləcəyiniz "ağıllı" kamera hazırlayıb.

Milli.Az xəbər verir ki, şirkət hazırladığı layihəyə daşına bilən "ağıllı" kamera ("FrontRow") adını verib. Kameranı digərlərindən fərqləndirən ilkin cəhət onun iki kameralı olmasıdır. Onlardan biri cihazın arxa tərəfində, digəri isə ön tərəfində yerləşdirilib. Kameralar sensorla təchiz edilib və ölçüləri müvafiq olaraq 8 və 5 meqapikseldir.

Cihazın ekranı 2 düymlü dairəvi maye-kristal sensorla təchiz olunub. Hər iki kameranın video çəkmə potensialı 1080p təsvir ölçüsündədir. Bundan başqa, çəkilən fayl birbaşa, rahatlıqla sosial şəbəkələrə köçürülə bilir. Bütün bunları özündə birləşdirən "ağıllı" kameranın ölçüsü isə ovucun yarısı boydadır.

"FrontRow" kamerasının rahat istifadə üçün boyundan asılması üçün nəzərdə tutulan kəməri də var. Bu kamera istifadəçilərinə müəyyən obyekt görən zaman operativ şəkildə şəkil və video çəkməyə imkan yaradır.

Cihazı avtomobilinizdə də istifadə edə bilərsiz. Hazırda "FrontRow" kamerası üçün ilkin sifarişlər qəbul olunur. "Ağıllı" kameranın pərakəndə satış qiyməti 399 dolladır. Cihazın kütləvi şəkildə tədarükü 2018-ci ilin avqust ayına planlaşdırılır. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni kameralar gəlir - Sizi hər yerdə ÇƏKƏCƏK

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.